Haqqımızda

Vizyon

StepX Innovation Challenge – 2026 Azərbaycanın gənclərini regional və qlobal innovasiya arenasına çıxaran, ideyanı layihəyə, layihəni isə real texnoloji dəyərə çevirən aparıcı platforma olmağı qarşısına məqsəd qoyur.

Bu challenge ilə Azərbaycan gəncliyi gələcəyi gözləmir, gələcəyi qurur.



Niyə StepX Innovation Challenge?

STEP IT Academy haqqında

 1999-cu ildən etibarən informasiya texnologiyaları sənayesinin yeni formalaşmağa başladığı dövrdən fəaliyyət göstərən beynəlxalq təhsil mərkəzidir. Akademiya bu illər ərzində ilk proqramçılar, veb-dizaynerlər və digər IT mütəxəssislərinin hazırlanmasında mühüm rol oynamışdır.

Bu gün STEP IT Academy tədris prosesini əmək bazarının real tələblərinə uyğun quraraq, tələbələrə yalnız nəzəri biliklər deyil, eyni zamanda iş mühitində qarşılaşılan problemləri effektiv şəkildə həll etməyə imkan verən praktiki bacarıqlar qazandırır. Müasir işəgötürənlərin əsas gözləntisi məhz bu bacarıqlardır.

Azərbaycanda STEP IT Academy beynəlxalq tədris standartlarına əsaslanan proqramlar vasitəsilə IT və rəqəmsal texnologiyalar sahəsində ixtisaslı kadrların hazırlanmasına töhfə verir. Akademiya yerli və beynəlxalq əmək bazarının ehtiyaclarını nəzərə alaraq proqramlaşdırma, dizayn və digər texnoloji istiqamətlər üzrə müasir və tətbiqyönümlü təhsil təqdim edir.

İnnovasiyaya hazırsan?

Komandanla birlikdə bu gün qeydiyyatdan keç və gələcəyin şəhərləri üçün davamlı və ağıllı həllər üzərində çalışmağa başla!